fbpx

BMT-dən Rusiya əleyhinə QƏTNAMƏ: Yalnız bu 5 ölkə Rusiyaya dəstək oldu

BEY.AZ informasiya agentliyi xəbər verir


Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Rusiyanın Ukraynaya hücumunu pisləyən qətnaməni qəbul edib. Qətnamə əleyhinə 5, lehinə 141 səslə qəbul olunub. 35 ölkə isə səsvermədə bitərəf qalıb.

Metbuat.az xəbər verir ki, Rusiyanın işğalını pisləyən qətnamənin lehinə 141 dövlət səs verib. Yalnız 5 ölkə – Rusiya, Belarus, Suriya, Şimali Koreya və Eriteriya qətnamənin əleyhinə səs verib:

Bitərəf qalan 35 ölkə:

Ermənistan, Çin, Hindistan, Cənubi Afrika, Qazaxıstan, Pakistan, İran, İraq, Kuba, Mərkəzi Afrika, Nikaraqua, Əlcəzair, Banqladeş, Anqola, Boliviya, Burundi, El Salvador, Hindistan, Qırğızıstan, Mali, Madaqaskar, Monqolustan, Mozambik, Namibiya, Seneqal, Sudan, Cənubi Sudan, Şrilanka, Tacikistan, Uqanda, Ekvatorial Qvineya, Konqo, Zimbabve, Vyetnam, TanzaniyaLaos.

Azərbaycan, Türkmənistan, Özbəkistan, Mərakeş, Toqo, Qvineya, Birkino Faso, Efiopoya və Venesuela təmsilçiləri isə iclasda iştirak etməyib.

Ukrayna Prezidenti Volodimir Zelenski səsvermənin nəticələri barədə Tvitter hesabında paylaşım edib.

“Mən Rusiyadan Ukraynaya xain hücumu dərhal dayandırmağı tələb edən qətnamənin BMT Baş Assambleyasının misli görünməmiş səs çoxluğu ilə təsdiqini alqışlayıram. Mən lehinə səs verən hər kəsə və hər bir dövlətə minnətdaram. Siz tarixin düzgün tərəfini seçmisiniz.

Ukraynada təcavüzkar üçün səsvermənin dağıdıcı nəticələri inandırıcı şəkildə göstərir ki, qlobal anti-Putin koalisiyası formalaşıb və fəaliyyət göstərir. Dünya bizimlədir. Həqiqət bizim tərəfimizdədir. Qələbə bizim olacaq!”

Dövlət başçısı paylaşıma səsvermənin nəticələrini də əlavə edib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu