fbpx
Xəbərlər

Bu bürclər üçün həftəsonu ağır keçəcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu günlərdə Ay və Merkuri birlikdə hərəkət etməyə başlayıb. Astroloqlar bürclərə emosional həssaslığın artacağı, əhval-ruhiyyənin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Metbuat.az bildirir ki, astroloqlara görə bu gün Əkizlər bürcündə doğulanlar başqaları ilə daha asanlıqla sıx emosional bağlar qura və ya ailə üzvləri ilə xatirələri xatırlamaqdan həzz ala biləcəklər.

Əziz Xərçənglər, güclü emosional bağlar düşüncələrinizi bulandıra bilər, ona görə də bugün vacib qərarlar qəbul etmək üçün yaxşı vaxt deyil.

Buğalara məsləhət edilir ki, hisslərini yazılı şəkildə paylaşsınlar. Belə addım atmaqla həm də başqalarının emosional təcrübələrini daha yaxşı qavraya bilərsiniz. Empatiya qabiliyyətiniz gücləndirilə bilər.

Ay və Merkuri Qız bürcündə olduğu üçün emosional təcrübələri analitik baxımdan qiymətləndirməyə imkan verə bilər. Duyğusal reaksiyalarınızı daha yaxşı başa düşmək üçün məntiqli bir yanaşma yönəldə bilərsiniz.

Balıqların bu günlərdə ifadə gücü incəsənət, yazı və musiqi kimi yaradıcı sahələrdə arta bilər.

Ay-Merkuri birləşməsi daxili dialoqun arta biləcəyi bir dövrdür. Dolçalar, emosional reaksiyalarınızı və düşüncələrinizi sorğulaya, anlamlandıra bilərsiniz.

Əqrəblər üçün vəsvəsələrin artacağı gündür. Təfərrüatlarla boğula bilərsiniz. Bu gün irəli getmək asan olmaya bilər.

Aidə / Metbuat,az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#bürclər #üçün #həftəsonu #ağır #keçəcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu