fbpx

Bu gün Füzuliyə yola salınan 23 ailə doğma şəhərinə çatıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün Bakıdan Füzuli şəhərinə yola salınan növbəti köç – 89 nəfərdən ibarət 23 ailə mənzil başına çatıb.

Metbuat.az xəbər verir ki, bu ailələr bundan sonra öz doğma şəhərlərində – Füzulidə yaşamağa başlayacaq.

Evlərin açarları sakinlərə təqdim olunub.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 70 ailə, yəni 247 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, birinci mərhələdə Füzuli şəhərinə ümumilikdə 144 ailənin (509 nəfər) köçürülməsi nəzərdə tutulur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#gün #Füzuliyə #yola #salınan #ailə #doğma #şəhərinə #çatıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu