fbpx

Bu rayonlarda da məktəbli forması satılır

BEY.AZ informasiya agentliyi xəbər verir


Artıq yeni tədris ili başlayır. Bu ildən tətbiq olunan yeni məktəbli formaları üçün artıq valideynlər satış məntəqələrindən geyimləri əldə etməyə başlayıb. Bundan əlavə, rayonlardan Bakıya məkəbli forması almaq üçün gələnlər var.

Metbuat.az rayonlarda məktəbli formalarının satış yerləri ilə maraqlanıb. Tikişi və satışı həyata keçirən fabrikləridən biri – “Bakı Tikiş Evi”ndən sorğumuza cavaba olaraq bildirilib ki, Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı, Şirvan, Qax, Qəbələ, Şamaxı, İsmayıllı rayonlarda satış yerləri fəaliyyət göstərir. Bundan əlavə, valideynlər paytaxt üzrə məktəbli formalarını 18 məntəqədən əldə edə bilərlər.

Bakı Tekstil Fabrikinin isə 6 regional bölgədə 42 mağazası mövcuddur. Şəmkir, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kürdəmir, Ucar, Göyçay, Sumqayıt, Xırdalan, Xızı, Siyəzən, Şabran, Quba, Xaçmaz və Qusar rayonlarında bu fabrikin satış məntəqələri var.

Bundan başqa, Azərbaycanda məktəbli forması istehsal edən 5 fabrik fəaliyyət göstərir.

Yeni tədris ilindən Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarla məktəblər tərəfindən 4 rəngdə geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Həm qış, həm də yay köynəklərinin qiyməti 15 manatdır. Şalvar və ətəklər 25, jaketlər isə 30 manatdır.

Qeyd edək ki, bu gün Siyəzəndən Bakıya məktəb forması almaq üçün gələn ailə qəzaya düşüb. İki nəfər – ata və uşağı vəfa edib, 7 nəfər yaralanıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#rayonlarda #məktəbli #forması #satılır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu