fbpx

Rusiya ordusu Kiyev ətrafında sarsıdıcı zərbə aldı: Geri çəkildilər

BEY.AZ informasiya agentliyi xəbər verir


“Ötən sutka ərzində Ukrayna ordusu düşmən qüvvələrini Kiyevdən uzaqlaşdırmağa nail olub”.

Metbuat.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi məlumat verib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri Kiyevdən 25-35 km şərqdə geri çəkilib.“Rusiya qüvvələri Kiyevin mərkəzindən şərqdə təqribən 55 km məsafədədir ki, bu da dünənki məsafə ilə müqayisədə 25-35 km çoxdur”, – deyə rəsmi bildirib.

Onun sözlərinə görə, Kiyevin mərkəzinin şimal-qərbində Rusiya qüvvələri səngər qazaraq müdafiə mövqeləri qurur. İndi Rusiya hərbçiləri Kiyevin mərkəzindən 15-20 kilometrdədir.

“Biz onların Kiyev ətrafında qazıntılar apardıqlarını və (Ukraynanın-red) şərq hissəsində daha çox hücum etməyə çalışdıqlarını görürük”, – o deyib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu