fbpx

Bu şəxslər maşını park edə bilməyəcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Parklanmaların ödənişləri yalnız nağdsız formada olacaq.

Metbuat.az bildirir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev açıqlayıb. O bildirib ki, qısamüddətli parklanmaya ehtiyacı olan vətəndaşlar mərkəz və maraq dairəsi olan ərazilərdə yer tapa bilmirlər:

“Yeni “AzParking” mobil tətbiqi istifadəyə verildikdən sonra daha çox əhali qısamüddətli parklanmadan istifadə edə biləcək. Uzunmüddətli və qısamüddətli parklanmaya ehtiyacı olanlar arasında bölgü ədalətli nisbətdə olacaq. Əlbəttə, bütün proseslərin tam icrası üçün müəyyən zamana ehtiyac var”.

Texnologiya əsridir və heç şübhəsiz ki, əhalinin bir çoxunun kart hesabları var. Amma bununla belə kart hesabı olmayan vətəndaşlarımız da az deyil. Həmin sürücülər bu halda nə etməlidirlər?

“Cebhe.info”ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, ödəniş üçün AYNA tərəfindən kifayət qədər imkan yaradılıb:

“Bəlkə kiminsə kartı yoxdur” söhbəti geridə qalıb. İndi hansı dövrdə yaşayırq? Kartı yoxdur, mobil telefonla balansdan, onlayn qaydada mobil tətbiqi yükləyib ödəniş edə bilər. Ödəniş üçün AYNA tərəfindən kifayət qədər imkan yaradılıb. Kiminsə kartı yoxdur, zəhmət çəksin alsın, mobil tətbiq yükləsin.

Dünya geri getmir, irəli gedir. Müasir texnologiya ilə ayaqlaşmaq lazımdır. Dünyanın hər yerində də sistem bu formada idarə olunur. Düşüb kiməsə qəpik manat vermək dövrü bitib. Nağdsız ödənişə keçiriksə, dövlətin əsas siyasəti budursa, insanlar da bunu qəbul etməlidirlər. Düşünmürəm ki, kartı olmayan sürücülərin sayı çoxdur. Ortada cüzi say ola bilər, onlar da öz məsələlərini yavaş-yavaş həll etməlidir”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#şəxslər #maşını #park #edə #bilməyəcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu