fbpx

Bu stansiyanın platforması yenidən qurulur

BEY.AZ informasiya agentliyi xəbər verir


“Bakı Metropoliteni” QSC-nin “Cəfər Cabbarlı” stansiyasının I yolunda əsaslı təmir və yenidənqurma işlərinin növbəti mərhələsinə başlanılıb.

Metbuat.az xəbər verir ki, söküntü işləri tam yekunlaşmasa da, yararsız konstruktiv elementlər bərpa olunmaqdadır.

Sərnişin qalereyasının (paylama zalı) tavanında axıntılar ləğv edilib, tübinq örtüyü təmizlənərək, korroziya əleyhinə boya ilə rənglənib. Orada və stansiya yolunda qrunt sularının istiqamətləndirilməsi üçün paylama zalı və yol tuneli divarlarında novçalar quraşdırılıb. Qrunt suları elastik borularla tavandan novçalara, oradan isə drenaj sisteminə yönləndirilir.

Yararsız hala düşmək üzrə olan sərnişin platforması sökülüb. Möhkəmlənmiş konstruksiyalar üzərində yeni monolit dəmir-beton platforma tikilib və beton örtüyü hamarlanıb. Stansiya yoluna keçid xarakterli 6 pilondan 4-ü yenidən qurulub. Pilon divarları möhkəmləndirilir və bu iş başa çatdıqdan sonra divarların arxasına sement məhlulu vurulacaq. Hazırda platformaaltı sahədə rabitə, işarəvermə və elektrik kabellərinin atılması üçün kronşteynlər quraşdırılır, döşəmənin yeni betonu hamarlanır. Stansiyanın yol divarının qranitlə üzlənməsi üçün hazırlıq işləri başa çatdırılıb, divar betonlanıb, müvafiq konstruksiya qurulub.

Təmirin sonrakı dövründə platforma üzərindəki növbətçi otaq sökülərək yenilənəcək. Sağlamlaşdırma tədbirləri çərçivəsində stansiya və dalan istiqamətində tunel birləşmələrində (diafraqma) gücləndirmə işləri aparılacaq. Orta zalda tübinq bəndləri möhkəmləndiriləcək. “Cəfər Cabbarlı-Xətai” I tunel yolunun 100 m hissəsində tunel köynəyinin (çuqun tübinqin) gücləndirilməsi də planlaşdırılır.

“Xətai” stansiyası istiqamətində yoldəyişdirici qurğuya qədər və dalan yolunda bu günə kimi 636 m yol sökülüb, stansiya girişinə qədər olan yol hissəsində sərt özüllü dəmir-beton konstruksiya qurulub. Texnoloji proseslərin ardıcıllığına uyğun olaraq, stansiyada aparılan yenidənqurma işləri başa çatdırıldıqdan sonra yolun üstquruluş elementləri ilə bağlı son tədbirlər görüləcək və yol infrastrukturunun yenidənqurulması prosesi başa çatdırılacaq.

Stansiya yolunda təsərrüfat qatarlarının hərəkəti üçün yolun üst quruluş elementləri müvəqqəti quraşdırılıb. Platformada aparılan işlər başa çatdıqdan sonra yol əsaslı şəkildə qurulacaq. Yeni yolda müvafiq diaqnostika yoxlama-nəzarət tədbirləri şəraitində müasir üstquruluş elementləri, o cümlədən “Vossloh UTS-300” rels bəndləyiciləri tətbiq ediləcək.

Plana uyğun olaraq, daha sonra işlər “28 May” stansiyasına keçid, vestibül və digər texniki və xidməti sahələrdə aparılacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#stansiyanın #platforması #yenidən #qurulur

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu