fbpx
Xəbərlər

Dələduzlar “Azərpoçt”un adından saxta saytlar hazırladı

BEY.AZ informasiya agentliyi xəbər verir


Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin adından dələduzluq məqsədi ilə yenidən saxta saytların yaradıldığını aşkarlayıb.

Bu barədə Metbuat.az-a Mərkəzdən məlumat verilib.

Məlumata görə, dələduzlar hxxp://w.praiseplaintiff.cn/azerpostaz/ və hxxps://sbphnz.cyou/1ugBk50I/azerpostaz/ saytlarını yaradıb.

“Bu dəfə dələduzlar “sual-cavab nəticəsində “Azərpoçt”dan 600 manat qazanmaq imkanı” adı ilə şirnikləndirici saxta kampaniya başladıb. Vətəndaşlar belə saxta kampaniyalara aldanmamaq, kart və fərdi məlumatlarını saxta saytlara əlavə etməmələri üçün reklam edilən kampaniyalara keçid zamanı səhifənin domen adını diqqətlə yoxlamalıdırlar. Bu kimi kampaniyalarla qarşılaşdıqda, kiberdələduzluq faktının analizi və yaradılmış saxta domenlərin zərərsizləşdirilməsi üçün CERT-ə məlumat verə bilər”, – deyə Mərkəz bəyan edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Dələduzlar #Azərpoçtun #adından #saxta #saytlar #hazırladı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu