fbpx

Dələduzluqla axtarışda olan şəxs Şirvanda narkotiklə saxlanılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Dələduzluqla axtarışda olan şəxs Şirvanda narkotiklə saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Rzayev saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

Faktla əlaqədar Şirvan ŞPŞ-də aparılan araşdırmalar zamanı E.Rzayev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açıldığı və hal-hazırda axtarışda olduğu da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu