fbpx

Daha 20 min bilet aktivləşdirildi

BEY.AZ informasiya agentliyi xəbər verir

Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına vətəndaşların böyük marağı və çoxsaylı istəkləri nəzərə alınaraq 29 mayda festivalda iştirak üçün daha 20 min bilet aktiv edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, vətəndaşlar iticket.az saytında qeydiyyatdan keçərək festivalın tamaşaçısı ola bilərlər.

“Eyni zamanda vətəndaşların nəzərinə çatdırırıq ki, 28 mayda Müstəqillik Günü ilə əlaqədar festivalın proqramında müəyyən dəyişikliklər edilmiş və vaxt məhdudiyyəti tətbiq olunmuşdu. Bu səbəbdən 28 may tarixinə bilet əldə etmiş, lakin festivala gələ bilməmiş vətəndaşların “TEKNOFEST Azərbaycan”la ətraflı tanış olmasını təmin etmək məqsədilə həmin biletlər 29 mayda da festivala giriş üçün keçərli olacaq”, – deyə məlumatda qeyd olunub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu