fbpx

Dörd ölkənin bəzi yerlərindən Azərbaycana quş əti gətirilməsinə məhdudiyyət qoyulub

BEY.AZ informasiya agentliyi xəbər verir


Dörd ölkənin bəzi vilayətlərindən Azərbaycana quş əti və məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub.

Metbuat.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) itinadən xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatına əsasən, ABŞ-ın Ayova və Missuri ştatlarında, Almaniyanın Türingiya və Saksoniya vilayətlərində, Macarıstanın Haydu-Bihar inzibati ərazi vahidində və Çexiyanın Orta Çexiya diyarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə qeyd olunan ərazilərdən WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə ABŞ-ın Ayova və Missuri ştatlarından, Almaniyanın Türingiya və Saksoniya vilayətlərindən, Macarıstanın Haydu-Bihar inzibati ərazi vahidindən və Çexiyanın Orta Çexiya diyarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Dörd #ölkənin #bəzi #yerlərindən #Azərbaycana #quş #əti #gətirilməsinə #məhdudiyyət #qoyulub

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu