fbpx

“Dünya Putinin nüvə silahından istifadə etməsinə hazır olmalıdır”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Bütün dünya ölkələri Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsində taktiki nüvə silahından istifadə edə biləcəyinə hazır olmalıdır”.

Metbuat.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CNN telekanalına müsahibəsində deyib.

Zelenski qeyd edib ki, Putin Ukrayna xalqının həyatına dəyər vermədiyi üçün nüvə və ya kimyəvi silahdan istifadəyə gedə bilər.

“Tək mən yox, bütün dünya, bütün ölkələr narahat olmalıdır, çünki bu, real məlumat olmaya bilər, amma doğru ola bilər. Qorxmaq yox, hazır olmaq lazımdır”, – Zelenski bildirib.

Bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Börns Rusiya Prezidenti Vladimir Putinin döyüş meydanında çarəsizliyinə görə Rusiyanın Ukraynaya qarşı taktiki nüvə silahına müraciət edə biləcəyini bildirib. Ağ Ev Rusiyadan gələn nüvə təhlükəsini qiymətləndirmək və Putinin Ukraynaya qarşı güclü silahlardan istifadə edəcəyi təqdirdə tədbirlər hazırlamaq üçün bir qrup mütəxəssis toplayıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu