fbpx

Energetika Nazirliyi və AYİB arasında Anlaşma Memorandumu imzalanıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında Azərbaycan Respublikasının elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu onlayn formatda imzalanıb.

Metbuat.az-a Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Memorandum çərçivəsində ölkəmizdə aşağı karbonlu elektroenergetika sektorunun inkişafına nail olmaq məqsədilə bərpa olunan enerjinin təşviqinə, şəbəkənin təkmilləşdirilməsinə, enerji səmərəliliyinin artırılmasına, metan emissiyalarının azaldılmasına dəstək, həmçinin “yaşıl hidrogen” də daxil olmaqla innovativ texnologiyaların mərhələli şəkildə araşdırılması və tətbiqi üzrə əməkdaşlıq nəzərdə tutulur.

Bu əməkdaşlıq çərçivəsində ilkin olaraq “Azərbaycanın elektroenergetika sektorunda aşağı karbonlu həll yolları” texniki yardım layihəsi həyata keçiriləcək. Bu çərçivədə enerji sektorunun dekarbonizasiyası üçün müvafiq siyasət və texnologiyalarla bağlı tövsiyələrdən ibarət yol xəritəsinin hazırlanması nəzərdə tutulur.

Energetika naziri Pərviz Şahbazov deyib: “Azərbaycan Prezidentinin yeni inkişaf siyasətinə uyğun olaraq ölkəmizdə enerji sektoru bərpa olunan enerji mənbələri və səmərəliliyə əsaslanan modelə transformasiya olunur. Avropa Yenidənqurma və İnkişaf Bankı ilə imzaladığımız bu sənəd elektroenergetika sektorunun enerji və ətraf mühitlə bağlı müasir qlobal çağırışlara uyğun inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Birgə əməkdaşlığımız Azərbaycanın “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi”nə çevrilməsinə, həmçinin 2050-ci ilə qədər istixana qazları emissiyalarının 40% azaldılması və işğaldan azad edilmiş ərazilərdə netto sıfır emissiya zonasının yaradılması ilə bağlı genişmiqyaslı fəaliyyətinə də töhfə verəcək.”

AYİB-in Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Nandita Parşad deyib: “Bu Memorandum Azərbaycan Hökuməti ilə AYİB arasında bərpa olunan enerji mənbələrinin əsas rol oynayacağı elektroenergetika sektorunda aşağı karbonlu həll yollarının hazırlanması üzrə gələcək əməkdaşlığa təkan verəcəkdir. Biz, Paris Sazişinin dekarbonizasiya üzrə öhdəliklərinə uyğun olaraq, ölkənin istixana qazı emissiyalarını azaldaraq, qaz sərfiyyatını əlverişli olan külək və günəş enerjisi ilə əvəz etmək yolunda Azərbaycana dəstək olmaqdan məmnunuq”.

Qeyd edək ki, Nazirlik və Bank arasında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək, bərpa olunan enerji mənbələri üzrə hərracların keçirilməsi və kiçik miqyaslı bərpa olunan enerji layihələri üçün normativ-hüquqi bazanın yaradılması sahələrində uzun illər davam edən əməkdaşlıq mövcuddur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Energetika #Nazirliyi #və #AYİB #arasında #Anlaşma #Memorandumu #imzalanıb

Bir Cevap Yazın

Başa dön tuşu