Ermənistan komendant saatı tətbiq etməyi planlaşdırır
İrəvanda müxalifətin Ermənistan hakimiyyətini devirmək məqsədi ilə təşkil etdiyi kütləvi iğtişaşlar səngimir.
Metbuat.az xəbər verir ki, 3 gündür baş verən hadisələr fonunda ölkə hakimiyyəti komendant saatı tətbiq etməyi planlaşdırır.
Ermənistanın “Joğuvurd” nəşri yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistandakı vəziyyətlə əlaqədar öz komandası ilə komendant saatı tətbiq etmək qərarını müzakirə edib.
Qeyd edək ki, aksiyaçılar Paşinyanın hakimiyyətdən getməsini tələb edirlər.