fbpx

Polis Ağdaşda əməliyyat keçirdi: 5 nəfər saxlanıldı

BEY.AZ informasiya agentliyi xəbər verir


Ağdaşda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən 5 nəfər saxlanılıb.

Bu barədə Metbuat.az– a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən silsilə tədbirlər zamanı narkotiklərin satışında, saxlanılmasında və daşınmasında şübhəli bilinən 5 nəfər rayon sakini – Tural İsrafilov, Sənan Şükürov, Veyis Abdurəhmanov, Qadir Əliyev və Səftər Allahverdiyev tutulub.

Şəxsi axtarış zamanı onlardan narkotik vasitə olan heroin və marixuana aşkarlanıb.

Saxlanılan şəxslər ifadələrində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, saxlanılanların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Polis #Ağdaşda #əməliyyat #keçirdi #nəfər #saxlanıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu