fbpx

Ermənistana verilən meyitlər Paşinyanın siyahısına daxildir?

BEY.AZ informasiya agentliyi xəbər verir


Sentyabrın 20-də Azərbaycan tərəfi daha 95 erməni hərbçinin meyitini İrəvana təhvil verib. Bundan əvvəl də Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqadar Dövlət Komissiyası sentyabrın 17-də daha 32 hərbçinin meyitini qarşı tərəfə qaytarmışdı. Beləliklə, son təxribatlardan sonra Azərbaycan Ermənistana 127 meyit təhvil verib.

Metbuat.az “Nyus.am”a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib ki, Paşinyanın açıqladığı siyahıya geri qaytarılan erməni cəsədləri də daxildir.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının sonuncu dəfə bildirdi ki, erməni tərəfdən ölən və itkin düşənlərin sayı 207 nəfərə çatıb, 293 hərbçi və 3 mülki şəxs yaralanıb, 20 nəfərin əsir düşdüyü bildirilib.

Məlumat üçün xatırladaq ki, sonuncu döyüşlərdə Azərbaycan tərəfdən 80 hərbçi şəhid olub, 281 nəfər yaralanıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu