fbpx

Ersin Tatar Azərbaycan xalqına və dövlətinə təşəkkür edib

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“Azərbaycanda tarixi günlər yaşayırıq. Azərbaycan xalqına və dövlətinə göstərdiyi qonaqpərvərliyə görə təşəkkür edirik”.

BEY.AZ xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar oktyabrın 14-də Bakıda keçirdiyi mətbuat konfransında deyib.

“Bizlər Şərqi Aralıq dənizindəki mühüm geostrateji coğrafiyada yerləşən Şimali Kiprin mədəniyyətini, tarixini qardaş ölkədə tanıtmaq üçün gəlmişik”, – o vurğulayıb.

E.Tatar bildirib ki, Prezident İlham Əliyevlə görüşüb: “Azərbaycan Prezidenti bir daha bizə olan dəstəyini ifadə etdi. Tək millət dövlət şüarımızla aramızdakı bütün sahələrdə işbirliklərini genişləndirmənin önəmini vurğuladım. Türk dünyasındakı cəbhəmizi gücləndirmək üçün digər türkdilli dövlətlər də bizə öz dəstək verməlidir”.

O deyib ki, Şimali Kiprdə Azərbaycanda baş verən bütün hadisələri yaxından izləyir: “44 günlük Vətən müharibəsində kıbrıslı türklərin ürəyi Azərbaycanla döyünüb. Biz eyni dili danışan xalqlarıq”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Ersin #Tatar #Azərbaycan #xalqına #və #dövlətinə #təşəkkür #edib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu