fbpx

Zelenski ilə görüşdə gözlənilməz sual Baydeni çətinə saldı

BEY.AZ informasiya agentliyi xəbər verir


Vaşinqtonda səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski ilə amerikalı həmkarı Co Bayden arasındakı görüş 2 saat davam edib.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, prezidentlər qapalı görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Bayden deyib ki, Rusiya Ukraynada mühüm obyektlərə hədəfə alaraq, gərginliyi artırır. Jurnalistin “Ukraynaya lazım olan hərbi dəstəyi niyə birdəfəlik vermirsiz?” sualına Bayden belə cavab verib:

“ABŞ indiyə qədər Ukraynaya 20 milyard dollardan çox hərbi yardım edib. Patriot hava hücumundan müdafiə sistemlərindən tutmuş raketlərə qədər bir sıra müasir silahlar verib”.

Zelenski isə qeyd edib ki, ölkəsi sülhün tərəfdarıdır. Lakin Rusiya güc üsulunu seçib. Zelenski Rusiya üzərində qələbə əldə edəcəklərindən əmin olduğunu ifadə edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Zelenski #ilə #görüşdə #gözlənilməz #sual #Baydeni #çətinə #saldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu