fbpx

“Fənərbaxça” “Mançester Yunayted”in ulduzunu alır

BEY.AZ informasiya agentliyi xəbər verir


“Fənərbaxça” transfer fəaliyyətini davam etdirir.

Metbuat.az xəbər verir ki, yarımmüdafiəçi transfer etmək istəyən “Fənərbaxça” “Mançester Yunayted”in ulduz futbolçusu Donni van de Beek üçün hərəkətə keçib. “Fotomac”ın xəbərinə görə, hollandiyalı ulduz “Mançester Yunayted”in yeni mövsüm planlarına daxil edilməyib. Buna görə də, 26 yaşlı ulduz yarımmüdafiəçi klubdan ayrılmağa və Türkiyədə futbol oynamağa qarşı deyil. Məlumata görə, “Fənərbaxça” futbolçunu transfer etməkdə israrlıdır. Bildirilir ki, Səudiyyə Ərəbistanı klubları da Donni van de Beeki transfer etmək istəyib. Lakin krallıqda artıq transfer vaxtı başa çatıb.

Qeyd edək ki, əsas mövqeyi mərkəz yarımmüdafiəçisi olan hollandiyalı ulduz on nömrə və ön libero kimi çıxış edə bilər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Fənərbaxça #Mançester #Yunaytedin #ulduzunu #alır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu