fbpx

FHN-dən radioloji fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlara MÜRACİƏT

BEY.AZ informasiya agentliyi xəbər verir


Fövqəladə Hallar Nazirliyi (FHN) radioloji fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlara müraciət edib.

Metbuat.az xəbər verir ki, müraciətdə bildirilib ki, müasir texnologiyaların tətbiqinin genişlənməsi ilə tibb və sənaye müəssisələrində, habelə elmi-tədqiqat və təhsil ocaqlarında ionlaşdırıcı şüa mənbələrindən (rentgen diaqnostika və terapiya avadanlıqları, müxtəlif növ tədqiqat qurğuları və s.) istifadə halları da artır.

Qeyd edilib ki, lakin ionlaşdırıcı şüa mənbələrindən müəyyən olunmuş təhlükəsizlik qaydalarına əməl edilmədən istifadə son nəticədə insan və ətraf mühit üçün təhlükə mənbəyinə çevrilir:

“Təəssüflə qeyd olunmalıdır ki, aparılan araşdırmalar nəticəsində bir sıra hallarda ionlaşdırıcı şüa mənbələrindən qanunvericiliyin, eləcə də müvafiq təhlükəsizlik qaydalarının tələbləri pozulmaqla istismarı hallarına yol verildiyi müəyyən edilib ki, bu da insan həyatı və sağlamlığı, habelə ətraf mühit üçün təhlükəli fəsadlar yaradır. Bununla əlaqədar xatırladırıq ki, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyətin təhlükəsiz şəkildə həyata keçirilməsinin təmin edilməsi üçün müvafiq qanunvericilik əsasında tənzimləmə və nəzarət tədbirləri həyata keçirilir. Bu çərçivədə, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa və həmin Qanunun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 19 avqust 1998-ci il tarixli 758 nömrəli Fərmanına əsasən, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat, təcrübi-konstruktor işləri, qurğuların tikilməsi, onlar üçün texnoloji avadanlığın layihələşdirilməsi və hazırlanması, radiasiya təhlükəsizliyi vasitələrinin, həmçinin radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, istifadəsi, nəqli və saxlanılması sahəsindəki işlər yalnız xüsusi icazə alınmaqla həyata keçirilir və bu kimi icazələr Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən verilir”.

Qeyd olunanları nəzərə alaraq, FHN mülkiyyət formasından asılı olmayaraq radioloji fəaliyyətlə məşğul olan bütün müəssisə və təşkilatlara müraciət edərək, ionlaşdırıcı şüa mənbələrindən yalnız qanunvericiliyə uyğun olaraq xüsusi icazə əsasında istifadə edilməsinin tələb olunduğunu xatırladıb.

Vurğulanıb ki, belə icazə almadan radioloji fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlar qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#FHNdən #radioloji #fəaliyyətlə #məşğul #olan #müəssisə #və #təşkilatlara #MÜRACİƏT

Bir Cevap Yazın

Başa dön tuşu