fbpx

Fransada həkimlərin tətilləri davam edir

BEY.AZ informasiya agentliyi xəbər verir


Fransada dekabrın 26-da başlayan terapevt həkimlərin tətili yanvarın 8-dək uzadılıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Sabahın həkimləri” assosiasiyasının saytında məlumat verilib. Tətil edən həkimlərə bu həftə də tətili davam etdirməyə çağırış olunub. Onlar həkim konsultasiyasının haqqının artırılmasını (25 avrodan 50 avroya qədər) və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Fransa Azad Tibb Birliyi, Fransa Həkimlər Federasiyası, Liberal Həkimlər Həmkarlar İttifaqı və Gənc Həkimlər də daxil olmaqla, bir neçə həmkarlar ittifaqları dekabrın 26-da həkimləri tətil etməyə çağırıblar.

Həkimlərin tətili yanvarın 2-də başa çatmalı idi, ancaq hökumətin həkimlərə diqqətsizliyi onları tətili davam etdirməyə sövq edib. Sağlamlıq keşikçiləri yanvarın 5-də Parisdə Panteon meydanından Səhiyyə Nazirliyi istiqamətində etiraz nümayişi keçirəcəklərini bildiriblər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Fransada #həkimlərin #tətilləri #davam #edir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu