fbpx

​Gənclərin düzgün peşə və ixtisas seçimi ilə bağlı tədbir keçirilib

BEY.AZ informasiya agentliyi xəbər verir


“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dillər Universiteti və 135 nömrəli tam orta məktəbin tərəfdaşlığı ilə gənclərin düzgün peşə və ixtisas seçiminə dəstək məqsədilə “Gələcək Mən” adlı tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, dövlət və özəl qurumların nümayəndələri, habelə 200-ə yaxın gəncin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan “İrəli” İctimai Birliyinin Təlim və tədris üzrə katibi Günel Ələsgərli konfrans iştirakçılarını salamlayaraq, təşkilatın fəaliyyət istiqamətləri, habelə gənclərin hərtərəfli inkişafı istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, “İrəli” İctimai Birliyi tərəfindən gənclərin düzgün peşə və ixtisas seçiminə dəstək məqsədilə bir sıra tədbirlər təşkil olunur ki, “Gələcək Mən” adlı tədbir də bu qəbildəndir. Gələcəkdə ixtisas seçimi edəcək gənclərə uğurlar arzulayan Günel Ələsgərli konfrans iştirakçılarını tədbirin gedişatında aktiv iştirak etməyə çağırıb.

Bakı şəhəri, Əliağa Şıxlinski adına 135 nömrəli tam orta məktəbin direktoru Şəfa Qurbanova çıxışı zamanı qeyd edib ki, gənclərin düzgün peşə və ixtisas seçimi onların gələcək həyatı üçün olduqca mühüm amillərdən biridir. Bu mövzu ilə bağlı keçirilən tədbir və layihələrin karyera quruculuğu nöqteyi-nəzərdən gənclər üçün faydalı olduğunu qeyd edən Şəfa Qurbanova həyata keçirilən konfransın təşkilinə görə “İrəli” İctimai Birliyinə və tədbirdə iştirak edən qurumların nümayəndələrinə öz təşəkkürünü bildirib, konfransın işində uğurlar arzulayıb.

Tədbirin davamında Azərbaycan Dillər Universiteti, Dövlət İmtahan Mərkəzi, Dövlət Məşğulluq Agentliyi, Vəkillər Kollegiyası və bir sıra özəl şirkətlərin nümayəndələri təqdimatlarla çıxış ediblər. Çıxışlar zamanı şagirdlərə düzgün ixtisas seçimi, peşəkar karyera planlamasının əhəmiyyəti, ixtisas seçimi zamanı diqqət yetirməli olan məqamlar, xaricdə təhsil, təqaüd proqramları və digər mövzular diqqətə çatdırılıb.

Tədbir auditoriyanın suallarının cavablandırılması ilə davam edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Gənclərin #düzgün #peşə #və #ixtisas #seçimi #ilə #bağlı #tədbir #keçirilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu