fbpx
Xəbərlər

“Gedin dayanın Əli Kərimlinin yanında”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Vahid Əhmədov yaxşı-pis deputat seçimi ilə də məşğuldur. Belə çıxır ki, burada oturan deputatlardan iki-üç nəfər çıxmaqla hamısı xaindir, xalq düşmənidir, saxta seçilib”.

Metbuat.az xəbər verir ki, bu sözləri Milli Məclisin iclası zamanı deputat Razi Nurullayev deyib. Millət vəkili həmkarını mandatdan imtina etməyə çağırıb:

“O zaman nə əcəb özünüzə yaraşdırıb burada oturursunuz? Mandatınızdan imtina edin, gedin dayanın Əli Kərimlinin yanında. Hətta hər həftə müxtəlif ölkələrdə rəsmi səfərdə olan, bütün format və platformalarda ölkəmiz adına çıxış edən, Ermənistan nümayəndələrini yerinə oturdan, çıxışlarının ingilis və rus dili versiyaları yalnı bizlər yox, digər ölkənin vətəndaşları tərəfindən belə paylaşılan xanım sədr Sahibə Qafarovanın adını çəkməyərək dolayısı ilə xanım sədri də dövlətə canı yanmayan kimi qələmə verir. Bu qədər ağını çıxarmaq, haqsızlıq etmək olarmı?! Sahibə Qafarovanın əməyini görməmək, onun dövlətimiz üçün etdiklərini gözardı etmək ən böyük insafsızlıq və həqarətdir”.

Qeyd edək ki, bir neçə deputat V.Əhmədovu bloqer Mehman Hüseynova verdiyi müsahibəyə görə sərt tənqid edib. Milli Məclisin spikeri Sahibə Qafarova bildirib ki, məsələyə İntizam Komissiyasında baxılacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Gedin #dayanın #Əli #Kərimlinin #yanında

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu