fbpx

Həbs olunan 3 erməni futbolçu Ermənistana təhvil verildi

BEY.AZ informasiya agentliyi xəbər verir


Laçın sərhəd-keçid məntəqəsində saxlanılaraq həbs edilən 3 erməni futbolçu qarşı tərəfə təhvil verilib.

Metbuat.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu gün onların həbs müddəti başa çatıb.

Nəşr onlarrın Bakı vaxtı ilə saat 15.30-da Həkəri çayı üzərindəki sərhəd-keçid məntəqəsindən Ermənistan tərəfinə təhvil verilməsi barədə məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatına görə, inzibati həbs cəzasının icrasından sonra qeyd olunan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması təmin olunmalı idi. Azərbaycan bayrağını təhqir edən erməni futbolçuların yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınıb və cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla humanizm prinsipi tətbiq edilərək onların barəsində cinayət təqibinə xitam verilmişdi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Həbs #olunan #erməni #futbolçu #Ermənistana #təhvil #verildi

Bir Cevap Yazın

Başa dön tuşu