fbpx

Göyçayda kafedə ofisiant dönərçini bıçaqladı

BEY.AZ informasiya agentliyi xəbər verir


Göyçay şəhərində bıçaqlanma hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, Göyçayda ofisiant dönərçini bıçaqlayıb.

Hadisə bu gün şəhər ərazisində yerləşən kafelərin birində baş verib. Ofisiant işləyən Göyçay rayon sakini Ələkbər Süleymanov iş yoldaşı, kafedə dönərçi kimi çalışan Mansur Musayevə bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib və müalicəsi davam etdirilir.

Daxili İşlər Nazirliyiin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb: “Zərərçəkmişin xəsarətlərinin dərəcəsinin müəyyən olunması məqsədilə məhkəmə – tibbi ekspertizası təyin edilib. Faktla bağlı polis şöbəsində istintaq araşdırmaları davam etdirilir”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu