fbpx

Həmkarı Dilarə Əliyevanın vəziyyətindən DANIŞDI: “Dua edirik ki…”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Dilarə ilə demək olar ki, hər gün danışıram, evlərinə gedirəm. Özünə gəlir, buna məcburdur, çünki 2 qızı var. O, güclü olmalıdır ki, uşaqları da baxıb ondan güc alsın”.

Metbuat.az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Ülviyyə Əliyeva deyib.

O, mərhum Oqtay Əliyevin həyat yoldaşı Əməkdar artist Dilarə Əliyevanın vəziyyətindən söz açıb: “Dilarənin çox işi var. Məcburdur… İşlərinin, verilişinin başına qayıtmalıdır. “SOY” production qalıb belə… Akademik Milli Dram teatrında “Adamın adamı” tamaşasında rol almışdı. Bir yerdə həmin tamaşanı oynayacaqdıq, başımıza belə hadisələr gəldi. Hamımız səbrsizliklə gözləyirik və dua edirik ki, Dilarə aramıza qayıtsın. Onu iş xilas edəcək. Psixoloji vəziyyəti bəllidir. Onun çevrəsində olan insanlar, yəni həm Oqtayın, həm də Dilarənin ailəsi, eləcə də, biz dostları ona mənəvi və psixoloji dəstək olmağa çalışırıq. Dilarənin özü də möhkəm qadındır. Mərhum Oqtay Əliyevin anası Elmira xanımın da vəziyyəti yaxşı deyil. Dağ boyda oğlunu itirdi”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Həmkarı #Dilarə #Əliyevanın #vəziyyətindən #DANIŞDI #Dua #edirik

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu