fbpx

Hərbi hissələrdə psixoloji işə dəstək tədbirləri davam edir

BEY.AZ informasiya agentliyi xəbər verir


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitlərinin iştirakı ilə hərbi hissələrdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin və sosial-məişət şəraitinin öyrənilməsində, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsində komandirlərə köməklik göstərilməsinə dair tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, plana uyğun olaraq keçirilən tədbirlərdə şəxsi heyətə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin keçirdiyi son görüşlər barədə ətraflı məlumatlar verilib.

Həmçinin bölmələrdə şəxsi heyətin gündəlik xidməti fəaliyyətdə təhlükəsizlik qaydalarına ciddi riayət etməsi, hərbi qulluqçuların sağlamlığının qorunması, ideoloji iş və mənəvi-psixoloji təminat işinin effektivliyinin artırılması məqsədilə komandir-rəis heyəti ilə metodiki məşğələlər keçirilib və lazımi tövsiyələr verilib.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya müdafiə naziri adından qiymətli hədiyyələr təqdim olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu