fbpx

Haqqımı halal etmirəm, mənə naxələf çıxdılar

BEY.AZ informasiya agentliyi xəbər verir


“Rəhmətlik yoldaşım yazıq gedirdi kolbasa, çörək tapırdı. Mən də Nəzakət Məmmədova, Mahrux Muradova, Raziyə Şirinova, Təranə Vəlizadə arasında doğruyurdum bölürdüm. Nəzakət Məmmədova da içində ən kasıbı idi. Yoldaşıma deyirdim ki, qızların otağına get, çağır Nəzakəti doymayıbsa “buterbrot” yesin. O da çağıranda deyirdi “ay nə yaxşı, doymamışdım”. Amma Nəzakət mənə qarşı elə naxələf çıxdı ki… Halbuki, onun oğlu Ceyhunun da adını mən qoymuşdum…”

Metbuat.az xəbər verir ki, bu sözləri tarzən, Azərbaycanın Xalq artisti, “Lalə” qızlar ansambılının yaradıcısı Ceyran Haşımova deyib. Onun sözlərinə görə, hər şeyə rəğmən tələbələrinə haqqını halal edir.

“Mən elediyimi elemişəm. İnsanın gərək çörəyi dizinin üstündə olmasın. O adamın ki, duranda çörəyi dizinin üstündən düşür, ondan nə vəfa gözləyirsən? Heç kimdən də incimirəm”,-deyə vurğulayıb.

Sənətçi ardınca təkcə, Xalq artisti Nisə Qasımovadan incikliyini dilə gətirib:

“Rus dilli qız idi. Saatlarla üstündə işləyirdim. Onun üzərində böyük zəhmətim var. Onu Zeynəb Xanlarovanın yanına mən apardım. Getdik Ələkbər Tağıyevin evinə. Zeynəb Xanlarova ilə “İstəyirəm görəm səni” mahnısını məşq edirdilər. Nisə Qasımova oxudu. Dedi ki, “bundan sonra Ələkbər müəllim, mən hansı mahnı oxusam məndən sonra verin Nisə oxusun”. Amma o, nankor oldu. Bir tək ona haqqımı halal etmirəm. Heç vaxt da etməyəcəm”.

Ceyran Haşımova sonda qeyd edib ki, tələbələrimin hamısının adları var:

“Vəfasız da olsa Nisə Xalq artsistidir. Əksəriyyəti əməkdar və Xalq artistləri adlarını alıblar. Bu mənim üçün qürurvericidir”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Haqqımı #halal #etmirəm #mənə #naxələf #çıxdılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu