fbpx

“Havanın keyfiyyət göstəriciləri norma daxilində olub”

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün səhər saatlarında atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən Bakı, SumqayıtGəncə şəhərlərində havanın keyfiyyət göstəriciləri norma daxilində olub.

Metbuat.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, gündəlik müşahidələrə, peyk görüntülərinə və toz proqnoz modellərinə əsasən yaxın günlərdə ölkə ərazisində transsərhəd çirklənmə gözlənilmir: “Lakin bu gün axşam saatlarından başlayaraq cənub-şərq küləklərinin arabir güclənən şimal-qərb küləkləri ilə əvəzlənməsi nəticəsində dispers toz hissəciklərinin normadan bir qədər yüksək olacağı, yəni lokal xarakterli çirklənmə proqnozlaşdırılır. Belə küləkli hava şəraitinin sabah axşam saatlarına qədər davam edəcəyi gözlənilir”.

G.Abbasovanın sözlərinə görə, 14 aprel tarixində şimal-qərb küləklərinin zəif cənub-şərq küləkləri ilə əvəzlənməsinin havada həm qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin miqdarının norma daxilində olacağına və hava keyfiyyətinin yaxşılaşmasına şərait yaradacağı gözlənilir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu