fbpx

“Heç kimdən qorxmuram, lazım olanda…”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Heç kimdən və heç nədən qorxmuram, lazım olanda, yerində cavabını verirəm”.

Metbuat.az xəbər verir ki, bunu tanınmış aparıcı Aytəkin Mərdanova Yenicag.az-a açıqlamasında deyib.

Aparıcı qarşıdan gələn dovşan ilində ona problem yaratmaq istəyənlərə meydan oxuyub:

“Pələng ili mənim üçün çox rahat, sakit bir il oldu. Mən özüm öküz ilindənəm, buna görə də vəhşi heyvanlardan qorxmuram. Lazım olanda, yerində cavabını verirəm. Heç bir ildən nə qorxuram, nə də ehtiyat edirəm. Hər bir ildən uğur gözləyirəm. Heç vaxt da demirəm ki, hansısa il mənim üçün düşərsiz oldu. Qarşıdan gələn dovşan ilinə gəlincə, adətən deyirlər, dovşanlar sakit, qorxaq, zəif, gücsüz olurlar. Amma mən son vaxtlar bir mənzərəyə şahidəm, dovşan ili olsa da, olmasa da, ümumiyyətlə insanlar çox qorxaqlaşıblar. Elə bil, hamı söz-söhbətdən qorxur, çəkinir. Necə dovşan, elə də insanlar. Hər adam ürəyindən keçən sözü demir, gizlədir. Get-gedə insanlar özləri dovşan ilinə uyğun hərəkət edirlər. Hər yeni il gələndə həmin ildən ancaq pozitiv şeylər gözləyirəm, çünki pessimist insan deyiləm. Yaxşı görmək istəyirəm ki, hər şey yaxşı olsun. Necə deyərlər, niyyətin hara, mənzilin də ora. Özüm qorxaq insan olmasam da, mən də insanlardan deyil, söz-söhbətdən çox qorxuram. Dovşana gəlincə, düşünürəm ki, mənə problem yaratmaz, özünü yaxşı aparar”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Heç #kimdən #qorxmuram #lazım #olanda

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin