fbpx
Xəbərlər

Heydər Əliyevin həmsədrlərə SƏRT İRADLARI

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Televiziyasının efirində yayımlanan “Jurnalist araşdırması” verilişində Ulu Öndər Heydər Əliyevin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşlərdə narazılıqları əks olunan nadir kadrlar yayımlanıb.

Metbuat.az xəbər verir ki, Heydər Əliyev həmin kadrlarda ATƏT-in Minsk Qrupunun həmsədrlərinə sərt iradlarını bildirir. 2001-ci ilin noyabrın 4-də baş tutmuş belə söhbətlərin birində H.Əliyev bildirib:

“Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin 13 yaşı var, ATƏT-in Minsk Qrupunun 9 yaşı var. Amma görün, neçə illər keçib, məsələ həll olunmayıb. Bir az da ləngisək, ATƏT-in Minsk Qrupu böyük bir oğlan olacaq. Onu gərək evləndirək. Yaxud ola bilər, qız olsun, onu ərə verək. Bu daha tez ola bilər”.

Həmin görüntüləri təqdim edirik:





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu