fbpx

“Hicab dini öhdəlikdir, amma…” – Xameneyi

İran lideri Əli Xameneyi ölkədə qeyd olunan “Analar günü”ndə Tehrandakı iqamətgahında bir qrup qadınla görüşüb.

Bey.az-ın xəbərinə görə, Xameneyi görüşdə aylardır ölkədə davam edən kütləvi etirazların əsas səbəbi kimi göstərilən məcburi hicabla bağlı açıqlama verib.

“Son hadisələrdə düşmənin ümidi hicab qaydalarına tam əməl etməyən qadınların baş örtüyünün tamamilə yoxa çıxacağı ilə bağlı idi, amma bu, istədikləri kimi alınmadı”, – İran lideri vurğulayıb.

Xameneyi hicabın dini öhdəlik olduğunu deyib:

“Yəni hicabın vacib olmasına heç bir şübhə yoxdur, bunu hamı bilməlidir. Bu, şübhəsiz ki, əməl edilməli olan dini bir öhdəlikdir, amma hicab qaydasına tam əməl etməyənlər heç vaxt dinsiz və inqilab əleyhinə olmaqda ittiham edilməməlidir. Hicabı zəif olanlar bizim öz qızlarımızdır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu