fbpx

Humanitar məsələlərdən silah kimi istifadə faydasız strategiyadır

BEY.AZ informasiya agentliyi xəbər verir


Biz sentyabrın 1-də Prezident İlham Əliyevlə ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı zamanı razılaşdırıldığı kimi, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının BQXK yük maşınları üçün ən tez və eynivaxtlı açılmasını təmin etmək üçün əlaqələri davam etdiririk.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X (Tvitter) platformasında paylaşımında qeyd edib.

“Həmin vaxtdan 12 təqvim günü ötüb, lakin Ermənistana tabe olan qanunsuz rejim bu keçidə icazə verməkdən və yolların açılmasından imtina edir. Biz beynəlxalq tərəfdaşlarımızı öz səylərini ikiqat artırmağa, Ermənistana və onun proksisi, ona tabe olan qanunsuz rejimə bu dağıdıcı siyasətinə son verməsi üçün təzyiq göstərməyə çağırırıq. “Boz zona” status-kvosunun saxlanılması və humanitar məsələlərdən qəsdən silah kimi istifadəsi onların faydasız strategiyasıdır”, – Hikmət Hacıyev qeyd edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Humanitar #məsələlərdən #silah #kimi #istifadə #faydasız #strategiyadır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu