fbpx

İctimai-siyasi xadimlər Metbuat.az-ı təbrik etdilər

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, fevralın 21-də Metbuat.az saytının 5 yaşı tamam olur.

Bu illər ərzində sıx əməkdaşlıq etdiyimiz tanınmış politoloq və siyasətçilər, həmçinin Azərbaycanı sevən və vətənin maraqları naminə daima fəaliyyət göstərən şəxslər çox idi desək yanılmarıq. Onların təbriklərini oxucularımıza çatdırırıq.

Türkiyənin Azərbaycandakı keçmiş hərbi ataşesi, general Yücel Karauz:


“Uzun müddətdir Azərbaycan mediasını izləyən bir şəxs kimi deyə bilərəm ki, “Metbuat.az” daima xalqının, prezidentinin, dövlətinin yanında olmağı bacaran bir xəbər saytı olmuşdur. Bu keçmiş beş il ərzində, millətinə, dövlətinə, cəmiyyətinə doğru, qərəzsiz, vicdanlı xəbər çatdırmaqla xidmət edən “Metbuat.az” dəfələrlə bu uğurlu addımlarına görə media ekspertləri tərəfindən haqlı olaraq yüksək qiymətləndirilmişdir. Mən də “Metbuat.az”ın daimi oxucusu kimi rahatlıqla deyə bilərəm ki, bu sayt istər siyasətdə, istərsə də cəmiyyətdə baş verən hadisələrə yanaşmasında peşəkarlıq nümayiş etdirərək olaylara münasibətdə də olduqca həssas yanaşma sərgiləyir.

Metbuat.az” saytı beş il ərzində həm Azərbaycan, həm də xalqın milli və mədəni maraqlarının qorunmasında böyük işlər görmüşdür. Xüsusilə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin qorunmasında, iki dövlət tək millət olan bizlərin bir-birinə daha sıx bağlanması, ortaq tarix və mədəniyyətin inkişafında “Metbuat.az” saytının da böyük xidmətləri vardır. Əlbəttə hər bir inkişafın daha yüksək mərtəbəsi vardır. Arzu edirəm ki, Metbuat.az media məkanında daha da yüksələrək uğurlarının sayını artıracaqdır. Azərbaycan mətbuatına verdiyi tövhələrinə görə, bütün kollektivi başda Ramil Mirzəyev olmaqla şəxsim adına təbrik edir və uğurlar arzu edirəm”.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli

Media eksperti:

“ “Metbuat.az” xəbər portalı mənim daimi olaraq izlədiyim KİV qurumlarındandır. Məlumatlandırma və maarifləndirmə işini peşəkar formada qurub. Dövrün texnoloji imkanlarından səmərəli faydalanaraq yetərli autoriya toplaya bilib: stabil izləyicilərinin sayı on minlərlə ölçülür. Təqdim etdiyi materiallar ictimai əhəmiyyətə malikdir. Bu baxımdan qısa zaman kəsiyində ölkənin sayılıb-seçilən KİV qurumları sırasında yer tuta bilib. Təsadüfi deyil ki, “Metbuat.az” ölkənin peşəkar KİV qurumlarının cəmləşdiyi Mətbuat Şurasına üzv qəbul edilib. Həmçinin, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi tərəfindən elan edilənonlayn media subyektləri(veb-saytların) üçün müsabiqənin qaliblərindən biri olub. MEDİA-nın müsabiqəsində qalib olmaq üçün ciddi şərtlər irəli sürülür: peşəkarlıq, etik dəyərlərə sayqılı yanaşma, paralel olaraq, texniki təchizat, institutsional mövcudluq əsas götürülür. “Metbuat.az”ın MEDİA müsabiqəsində ard-arda qalib olması onu göstərir ki, bu xəbər portalının peşəkarlığı, jurnalistika prinsiplərinə sayqısı ən yüksək səviyyədə dəyərləndirilir. Ramil Mirzəyev başda olmaqla, “Metbuat.az” xəbər portalının kollektivinə uğurlar, yeni nailiyyətlər arzulayıram”.

Millət vəkili Cavid Osmanov


“İlk öncə “Metbuat.az”ı beş yaşı münasibəti ilə təbrik edirəm. “Metbuat.az” saytı yarandığından bu günə qədər kifayət qədər oxucu auditoriyası yığmağı bacarmışdır. Çünki qərəzsiz, dəqiq məlumatları təqdim etməklə oxucuların diqqətini cəlb edə bilmişdir. Eyni zamanda bu saytın kollektivi kifayət qədər peşəkar və öz işlərinə məsuliyyətlə yanaşan əməkdaşlardır. Ümid edirəm ki, artıq növbəti illər ərzində “Metbuat.az” saytı təkcə ölkədaxili deyil həm də beynəlxalq bir media qurumuna çevrilərək Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında öz mühüm töhfəsini verəcəkdir. Bir daha təbrik edirəm və gələcək fəaliyyətində kollektivə uğurlar arzu edirəm”.

Millət vəkili Fazil Mustafa

Azərbaycan qalib dövlətdir və nəticələrinə uyğun davranacaq -

“Müasir elektron dövrdə beş il bir mətbuat qurumu üçün xüsusilə kifayət qədər böyük bir müddətdir. Bu illər ərzində öz original üslubunu saxlayaraq informasiya yükünü üzərinə götürmək çox böyük bir peşəkarlıqdan xəbər verir. “Metbuat.az” saytı bizim əməkdaşlıq elədiyimiz saytlardan biridir. Tez-tez suallarını verirlər, müraciət edirlər və biz də məmnuniyyətlə bu peşəkar qurumla əməkdaşlıq edirik. Hesab edirəm ki, Azərbaycanda belə saytların sayı çox olsa, bu daha çox mətbuatın, medianın inkişafına kömək edə bilər. Çünki jurnalistikamızın inkişafı birinci növbədə peşəkarlıqdan başlayır. Bu istiqamətdə də uzun illər media məkanında fəaliyyət göstərmək və öz dəst-xətti ilə seçilmək elə özü böyük uğurdur.

Metbuat.az” saytını 5 illik kiçik yubileyi münasibətilə təbrik edirəm. Ümid edirəm ki, 10-15-20 illik yubileylərini də, bu uğurla, bu obraz da qeyd edəcəklər”.

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli


““Metbuat.az” saytı Azərbaycan media məkanında media resursları arasında özünəməxsus yeri olan bir saytdır. Kifayət qədər maraqlı məlumatlar, xəbərlər, materiallarla oxucularını maarifləndirən “Metbuat.az” saytı cəmiyyətin inkişaf etməsi, doğru xəbərin, informasiyanın çatdırılması baxımından sözün əsl mənasında uğurlu bir domen və media adıdır. Ümumiyyətlə media işi, yazıçılıq, jurnalistika, sayt işi, elektron mediya bütövlükdə müasir dönəmin kəsişdiyi cəbhələrdən biridir. “Metbuat.az” saytının əməkdaşları bu cəbhədə kifayət qədər peşəkar səviyyədə “döyüşürlər”. Bir daha kollektivi beş yaşı münasibəti ilə təbrik edir, arzu edirəm ki, fəaliyyətiniz uzunömürlü olsun”.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu