fbpx

“İlk oyun mənim üçün rahat oldu”

BEY.AZ informasiya agentliyi xəbər verir


“İlk oyun mənim üçün rahat oldu”.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunun 3-cü yer uğrunda Fabiano Karuanaya qarşı keçirdiyi ilk oyunu barədə danışarkən deyib.

Ağ fiqurlarla 26-cı gedişdə rəqibini məğlub edən 28 yaşlı qrossmeyster görüşün onun üçün asan keçdiyini bildirib: “Karuananın səhvindən sonra qələbə qazanmağıma heç nə mane ola bilməzdi. Fabiano gözləmədiyim səhvə yol verdi. Düzgün gedişləri edərək, oyunu qələbə ilə başa vurdum. Belə səhv Karuana kimi güclü şahmatçıya xas deyil. Dünya Kuboku artıq uzun müddətdir davam edir, əksər şahmatçılar yorulublar. Fabiano ötən gün tay-brekdə də mübarizə aparıb. Yorğunluq özünü göstərə bilər. Məndə də bir qədər yorğunluq var. Dünən oynamadığım üçün bərpa oluna bildim”.

N.Abasov üçüncü yer uğrunda dueldə sona qədər mübarizə aparacağını söyləyib: “Sabah cavab görüşüdür. Arxayınlaşmaq olmaz. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bütün Azərbaycanın dəstəyini hiss edirəm. Üçüncü yer uğrunda mübarizə çox vacibdir. İlk “üçlük”də olmaqla İddiaçılar Turnirində iştirakımı rəsmiləşdirmək istəyirəm”.

Qeyd edək ki, bu şahmatçılar avqustun 23-də ikinci dəfə üz-üzə gələcəklər. Nicat Abasova Dünya Kubokunun bürünc medalını qazanmaq üçün heç-heçə də kifayət edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İlk #oyun #mənim #üçün #rahat #oldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu