fbpx

Xocavənddə dəmir tullantıları toplayan şəxslər saxlanılıb

BEY.AZ informasiya agentliyi xəbər verir

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən dəmir tullantılar və müxtəlif əşyalar toplayan şəxslər saxlanılıblar.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xocavənd RPŞ-nin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman Füzuli rayon sakinləri – Elvin Alışlı, Nürəddin Əbilov və Ədalət Kərimovun qanunsuz olaraq metal tullantıları və digər əşyaları toplayarkən saxlayıblar.

Adıçəkilən şəxslər həmin ərazilərə keçdikləri avtomobillərlə birgə polis şöbəsinə gətiriliblər.

Hazırda Xocavənd RPŞ-də hər üç şəxs barəsində araşdırmalar davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu