fbpx

İranda dörd din xadimi döyülüb və bıçaqlanıb

Qum şəhərində naməlum şəxslər dörd din xadimini yaralayıb.

Bey.az xəbər verir ki, bu barədə “Mouze” teleqram kanalı məlumat yayıb.

Qum Tibb Elmləri Universiteti:

“Bu gün günortaya qədər 4 din xadimi naməlum şəxslərin kəsici-deşici alətlə vurması nəticəsində xəsarət alıb.

Xəsarət almış yaralılardan ikisinə yalnız ambulator tibbi xidmət göstərilmişdir.

Təcili yardım maşını ilə xəstəxanaya göndərilən digər iki yaşlı din xadiminin də ümumi vəziyyəti yaxşıdır və onlar bir neçə saatdan sonra xəstəxanadan evə buraxılacaqlar.

Qeyd edək ki, xəsarət alan dörd din xadimi bir neçə fərqli bölgədə döyülüb.

Bir Cevap Yazın

Başa dön tuşu