fbpx

İsveçdə məsciddə güclü yanğın olub

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

İsveçin Eskilstun şəhərindəki ən böyük məsciddə güclü yanğın baş verib. Hadisə yerində polis və fövqəladə xidmətlər işləyir. Əraziyə giriş-çıxışa məhdudiyyət qoyulub, güclü duman müşahidə olunur.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, yanğın haqqında məlumat bazar ertəsi günü yerli vaxtla saat 12:30-da daxil olub.

“Hadisə yerinə dörd müxtəlif stansiyadan təxminən 15 yanğınsöndürmə briqadası gəlib. Əsas binanın damı yanıb. Onu xilas etmək mümkün olmayıb. Xoşbəxtlikdən xəsarət alan yoxdur”, – deyə xilasetmə xidmətinin növbətçi zabiti Anders Sessler bildirib.

Yaxınlıqda yerləşən evlərin sakinləri məsciddə partlayış səsləri eşitdiklərini deyiblər. Fövqəladə xidmətin məlumatına görə, binada heç nə partlamayıb.

“Yanğın vaxtı partlayışlar müxtəlif səbəblərdən baş verə bilər, lakin, misal üçün yanan binada qaz balonlarının partladıqları barədə heç bir məlumatımız yoxdur”, – deyə A.Sessler qeyd edib.

Hazırda hadisədə cinayət tərkibi görünmür. “Yanğının səbəblərini daha sonra araşdırılmalı olacağıq”, – deyə polis nümayəndəsi Anjelika Forsberq vurğulayıb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #İsveçdə #məsciddə #güclü #yanğın #olub

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu