fbpx
Xəbərlər

İtaliyalı baş məşqçi: “UEFA futbolçulara hörmət etmir”

BEY.AZ informasiya agentliyi xəbər verir


“UEFA belə meydançalarda oynamağa icazə verirsə, futbola və futbolçulara hörmət etmir”.

Metbuat.az xəbər verir ki, bunu İtaliyanın “Latsio” klubunun baş məşqçisi Mauritsio Sarri UEFA Konfrans Liqasının pley-off mərhələsində Rumıniya təmsilçisi ÇFR-lə səfər oyunu barədə danışarkən deyib.

Qolsuz bərabərliklə yekunlaşan matçı dəyərləndirən italiyalı mütəxəssis görüşün keçirildiyi “Konstantin Redulesku” stadionunun ot örtüyünün durumundan şikayətlənib: “Futbol oynamaq mümkün deyildi. Sadəcə, futbola bənzəyən idman növünə uyğunlaşmaq üçün əlimizdən gələni etdik”.

Qeyd edək ki, “Latsio” ilk oyunda öz meydanında qazandığı 1:0 hesablı qələbə sayəsində mərhələ adlayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İtaliyalı #baş #məşqçi #UEFA #futbolçulara #hörmət #etmir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu