fbpx

İtkin düşmüş baş leytenantın axtarışı davam etdirilir

BEY MEDIA İnformasiya agenti xəbər verir


Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd nəfər hərbi qulluqçumuzun itkin düşməsi ilə bağlı brifinq keçirir.

Metbuat.az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Anar Eyvazov bildirib ki, çovğun nəticəsində itkin düşən 4 nəfər hərbi qulluqçunun üçü tapılaraq hospitala yerləşdirilib:

“İtkin düşmüş-baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb.

Hərbi qulluqçularımızın tapılması məqsədilə keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C.Hüseynov, əsgər M.Hüseynov və əsgər Y.Kərimov tapılıb. Onlar Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb.”

Nazirlik rəsmisinin sözlərinə görə, hazırda itkin düşmüş baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu