fbpx

Kamran Əliyev Anar Bağırovla görüşüb

BEY.AZ informasiya agentliyi xəbər verir


Noyabrın 16-da Baş prokuror Kamran Əliyev Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovla görüşüb.

Metbuat.az bu barədə a Baş Prokurorluğa istinadən xəbər verir.

Rəyasət Heyətinin sədrini və üzvlərini səmimi salamlayan Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər məlumat verib.

Kamran Əliyev hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edildiyini vurğulayaraq qanunvericilik və institusional islahatlarla ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmini istiqamətində effektiv müdafiə mexanizmlərinin formalaşdırıldığını, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsinin mühüm əhəmiyyətini qeyd edib.

Qəbula görə minnətdarlığını bildirən A.Bağırov cinayət mühakimə icraatında ittihamı və müdafiəni həyata keçirən təsisatlar olaraq cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi istiqamətində, habelə hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluq orqanları ilə səmərəli və işgüzar münasibətlərin vacibliyini deyib.

Görüş zamanı cinayət prosesinin həyata keçirilməsi zamanı meydana çıxan aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu