fbpx

Lerikdə maşın 100 metr hündürlükdən dərəyə aşdı

BEY.AZ informasiya agentliyi xəbər verir


Lerikdə avtomobil dərəyə aşıb.

Metbuat.az APA-ya istinadla xəbər verir ki, hadisə gecə saatlarında Lənkəran-Lerik yolunun 28 km baş verib.

Lənkəran şəhər sakini, 1992-ci il təvəllüdlü Hüseyn Ataxan oğlu Məmmədli idarə etdiyi “Opel Astra” markalı avtomobillə təqribən 80-100 metr hündürlükdən dərəyə yuvarlanıb.

Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xüsusi riskli xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilərin köməyi ilə sürücü deformasiyaya uğrayan avtomobilin içərisindən çıxarılaraq, Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Sürücü Lerik rayonuna, kəndlərin birinə dərman çatdırmalı idi. İlkin versiyaya görə, yolun dumanlı, yağışlı olması avtomobilin sürüşərək dərəyə düşməsinə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu