fbpx

Mərkəzi Çağırış Komissiyasının növbəti iclası keçirildi

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.

Bu barədə BEY.AZ-a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçirilmiş iclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti və gündəliyə çıxarılan məsələlər müzakirə olunub.

Müddətli həqiqi hərbi xidmətə çağırış prosesinin müasir tələblərə uyğun həyata keçirilməsi, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsinin prioritet məsələ kimi nəzarətdə saxlanıldığı bildirilib. Cari ilin oktyabr ayının 1-dən başlanmış növbəti çağırış prosesinin müvəffəqiyyətlə yekunlaşması məqsədilə zəruri işlərin görüldüyü diqqətə çatdırılıb.

İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinlərinin daxil olduğu Mərkəzi Çağırış Komissiyası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılıb və rayon / şəhər çağırış komissiyalarının fəaliyyətinə nəzarət edir.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Mərkəzi #Çağırış #Komissiyasının #növbəti #iclası #keçirildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu