fbpx

Məğlubiyyətdən sonra PSJ-nin futbolçuları arasında dava olub, klubun prezidenti isə hakimlərə hücum etmək istəyib

BEY.AZ informasiya agentliyi xəbər verir


UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyununda Fransa PSJ-si “Real Madrid“ə 1:3 hesabı ilə uduzub.

Metbuat.az xəbər verir ki, meydandan məğlubiyyətlə ayrılan PSJ-nin futbolçuları arasında dava düşüb. Belə ki, PSJ-nin futbolçusu Neymarla qapıçı Donnarumma arasında gərginlik yaşanıb.

Neymar “Real Madrid“in hücumu nəticəsində itirilən topa görə, qapıçını qınayıb. Donnarumma isə cavabında “Real Madrid”in ikinci qolunda topu itirən şəxsin Neymarolduğunu deyib. İki oyunçu da digər oyunçuların araya girməsi ilə sakitləşdirilib.

Bundan əlavə, Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifi İspaniyada “Real Madrid”ə 1:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündən sonra qalmaqal törədib. Ərəb iş adamı qarşılaşmanın ardından hakimlər otağına girməyə cəhd edib.

O, “Santyaqo Bernabeu” stadionunda oyunu izlədikdən sonra tribunanın altına düşüb və paltardəyişmə otağında əlinə keçən əşyaları vurub-dağıdıb. Əl-Xəlaifi iradlarını bildirmək üçün hakimləri axtarmağa başlayıb. Nəticədə klub prezidenti səhvən “Real Madrid”in nümayəndəsi Karlos Davilanın otağına girib.

PSJ rəhbərini stadionun xidməti qurğusundan bir neçə nəfər çıxara bilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu