fbpx

Məşhur blogerin ağır yaralandığı qəza ilə bağlı YENİ DETALLAR

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, tanınmış bloger “Nikosayağı” adı ilə tanınan Nicat Mütəllimov ağır yol qəzası törədib.

Metbuat.az “Bakupost.az”a istinadən xəbər verir ki, hadisə ilə bağlı onun dostu rəqqas Ramil Qasımov məlumat verib.

O, Nicatın əməliyyat olunduğunu bildirib:

“Kim nə gəldi danışır… Guya maşında 4 nəfər olublar, içkili halda sürürmüş. Bunlar yalan məlumatdır. Maşında 2 nəfər olub. İçkili olmayıblar.

İndi reanimasiyadadır. Həkim deyir, saat 11-12-yə qədər oyanacaq. İnşallah hər şey yaxşı olacaq. Vəfat edən öz qardaşı deyil. Yaxın dostu olub. Nihat sağdır, o maşında olmayıb. Xahiş edirəm, yalan məlumat yaymayın.

Hadisə zamanı Nicat ancaq su istəyirdi, su verin deyirdi… Üzündə şüşənin qırıntılarından kəsiklər var idi. Dəhşət idi”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Məşhur #blogerin #ağır #yaralandığı #qəza #ilə #bağlı #YENİ #DETALLAR

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu