fbpx

Yığmanın kapitanı De Byaziyə niyə etiraz edib?

BEY.AZ informasiya agentliyi xəbər verir


“Oyunların birindən sonra Canni De Byazi ilə elə matçı müzakirə edirdik.

De Byaziyə dedim ki, həftə ərzində bir taktika üzərində işləyirik, eksperiment aparırmış kimi, oyuna 1-2 gün qalmış onu dəyişirsən.

Oyunçular da hara qaçacağını, hara açılacağını bilmir. Çünki əziyyət çəkən bizik. Yəni, aramızda xoş olmayan söhbətlər yaşandı”.

Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın kapitanı Maksim Medvedev deyib.

Təcrübəli futbolçu bir müddət əvvəl Qara Qarayevlə Canni De Byazi arasında yaşanan problemə də münasibət bildirib:

“Hər kəs özünə görə haqlıdı. Amma məncə, burada məsələ Qaranın boyunun kiçik olması ilə bağlı deyil. Nə oldu, indiyə qədər millidə Eddi də var idi, amma oynayan Qara idi. Eddi oynamağa başladı, Qaranın boyunun kiçik olduğunu bildirirsən?”.

Maksim Azərbaycan millisinə öz namizədinin sabiq komanda yoldaşı, hazırda “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqov olduğunu da deyib

“Milli komandamızın baş məşqçi postuna ən yaxın namizəd Rəşad Sadıqovdu. Onu baş məşqçi postuna təyin edib, öz komandasını qurmaq üçün 3-4 il də vaxt versələr..Ondan sonra nəticənin necə olacağını görərik”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu