fbpx
Xəbərlər

​Qeyri-neft sektoru üzrə ixrac artıb

BEY.AZ informasiya agentliyi xəbər verir

Qeyri-neft sektoru üzrə ixrac 30,9% artıb.

Metbuat.az-ın məlumatına görə, “İxrac icmalı”nın iyun sayına əsasən, 2022-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 15,4 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,2 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 280,6 mln. ABŞ dolları və ya 30,9% artıb.

2022-ci ilin yanvar-may ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% artaraq 219,2 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 8 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 49,8%, pambıq iplik ixracı 23,7%, pambıq lifi ixracı isə 14,5% artıb.

2022-ci ilin may ayı üzrə də ixrac 3,6 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 5,7% təşkil etməklə 222,4 mln. ABŞ dolları olub. 2022-ci ilin may ayı ərzində yeyinti məhsulları üzrə ixrac 66,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 24,7% artaraq 156 milyon ABŞ dolları təşkil edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu