fbpx

Oyundan sonra rəqib futbolçuların istəyi Messini təəccübləndirdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Kurasao millisinin futbolçuları Argentina ilə yoldaşlıq oyunundan sonra rəqib komandanın kapitanı Lionel Messidən 23 forma istəyiblər.

Metbuat.az-ın məlumatına görə, bu barədə komandanın kapitanı Kuko Martina mətbuat konfransında açıqlama verib. “Heyətdə 20-dən çox oyunçumuz var. Zəhmət olmasa, bizə Leonun 23 ədəd köynəyini versinlər. Yalnız bir forma alsaq, bir-birimizlə dava edəcəyik”, – 34 yaşlı müdafiəçi bildirib.

Kurasao millisinin baş məşqçisi Remko Bisentini də 36 yaşlı ulduz futbolçunun formasından imtina etməyəcəyini söyləyib.Messi 7:0 hesabı ilə qalib gəldikləri matçdan sonra köynəyini rəqib komandanın qapıçısı Eloy Rumaya bağışlayıb. Qolkiper isə təcrübəli forvardın formasını paylaşaraq “Arzular gerçəkləşir” yazıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Oyundan #sonra #rəqib #futbolçuların #istəyi #Messini #təəccübləndirdi

Bir Cevap Yazın

Başa dön tuşu