fbpx
Xəbərlər

Mbappedən müjdəli xəbər alan Ançelotti Arda barədə yekun qərarını verdi


İspaniya təmsilçisi “Real”ın türkiyəli futbolçusu Arda Gülər icarə əsasında başqa kluba keçə bilər.

BEY.AZ xəbər verir ki, “Kral klubu”nun baş məşqçisi Karlo Ançelotti 19 yaşlı yarımmüdafiəçiyə əsas heyətdə oynaya biləcəyi komandaya keçməyi məsləhət görüb. Kilian Mbappenin kluba gəlişi heyətdə rəqabəti daha da artıracaq. Məlumata görə, artıq “Real Madrid”in prezidenti Florentino Peres baş məşqçi Karlo Ançelottiyə Mbappenin yeni mövsümdən heyətdə olacağını deyib.

Arda Gülər 2023-cü ilin yayında Madrid təmsilçisinə transfer olunub.

Qeyd edək ki, Türkiyə millisinin üzvü cari mövsüm “Real”ın heyətində 7 oyuna çıxıb və 1 qol vurub. Onun klubla müqavilə müddəti 2029-cu ilin iyununa kimi nəzərdə tutulub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu