fbpx
Xəbərlər

MEDİA-da Beynəlxalq Media Forumun iştirakçıları ilə görüş keçirildi

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Beynəlxalq Media Forumun iştirakçıları ilə görüşüb.

Metbuat.az xəbər verir ki, Əhməd İsmayılov qonaqlara dəvəti qəbul edərək Beynəlxalq Media Forumunda iştirak etdiklərinə görə minnətdarlığını bildirib. O, bu cür forumların keçirilməsinin önəmini vurğulayıb.

Əhməd İsmayılov qonaqları ölkəmizin media sahəsində aparılan islahatlar barədə məlumatlandırıb. Həmçinin bir çox beynəlxalq media orqanları ilə əlaqələrin qurulduğunu qeyd edib, türkdilli ölkələrlə media sahəsində qarşılıqlı məlumat mübadiləsi aparıldığını diqqətə çatdırıb.

Görüşdə, həmçinin Beynəlxalq Media Forumunda müzakirə olunan mövzuların önəmindən bəhs edilib.

Forum iştirakçıları tədbirin yüksək səviyyədə təşkil edilidiyinə görə təşəkkürünü bildiriblər.

Sonda qonaqlara “Azərbaycan çap mətbuatı tarixinin inciləri” jurnalı təqdim edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu